ABŞ kəşfiyyatı:“Putin ABŞ-da keçirilən prezident seçkilərinə şəxsən müdaxilə edib”

0
3
“Rusiya prezidenti Vladimir Putin noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinə şəxsən müdaxilə edib”.

Bununla bağlı NBC telekanalı ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, amerikalı kəşfiyyatçılar buna tamamilə əmindilər. Mənbənin sözlərinə görə, yeni informasiyalarda Putinin Demorkatlardan oğurlanmış materialları hansı formada istifadə etmək lazım olduğuna şəxsən qərar verdiyi deyilir. (teleqraf.com)

Qeyd edilib ki, Rusiya öncədən Demokratların namizədi Hillari Klintonu nüfuzdan salmağı qarşısına məqsəd qoyub.