Hazırda dünyada baş verən dəyişik proseslər bəlkə də bilmədiyimiz və ya fərqində olmadığımız bir hadisə üçün zəmin hazırlayır. Maraqlıdır, indiyədək yaşamış kahinlər, öncəgörücülər günümüzdəki hadisələrlə bağlı hansı proqnozları verib, nələr deyib?
Moderator.az tarixdə çox məşhur kahinlərin dünyayla bağlı verdikləri proqnozları təqdim edir:
Kahin Robert Nikson 15-ci əsrdə İngiltərənin Cheshire şəhərində yaşamış bir fermer olub. Buna baxmayaraq gələcəklə bağlı dediklərinin bir çoxu doğru çıxıb. Məsələn, kahin bildirib ki, gələcəkdə hər kəsin ağzında bacalar olacaq. Siqaret istehsal olunduqdan sonra məlum olub ki, kahin baca deyərkən nəyi nəzərdə tuturmuş. Kahin, həmçinin kosmosa uçuşun mümkün olacağı barədə də proqnoz verib. Bildirib ki, zaman gələcək aya raketlərlə səfər etmək mümkün olacaq. Kahinin ölümü də özünün öncədən dediyi kimi baş verib. Belə ki, kahin bir aşpazının səhvən şkafı kilidləməsi nəticəsində vəfat edib.
11-ci əsrdə yaşamış Hildegard Von Bingen öncəgörücüdən çox, bəstəkarlığı və şairliyi ilə tanınıb. O, proqnozlarından birində Amerika Birləşmiş Ştatlarının dağılacağını iddia edib. Bu dağıntının isə təbii fəlakətlər nəticəsində olacağını, zəlzələlərin, qasırğaların yol açdığı nəhəng dalğaların bir-birinin ardınca düzülərək bu ölkəni məhv edəcəyini bildirib. O, ABŞ ilə bağlı söylədiyi müdhiş proqnozdan əlavə dünyada sülhülə bağlı proqnozlar da verib.
2000-ci ilin 26 iyununda Kardinal Ratzinger tərəfindən dünya şöhrətliFatimənin üç gizli sirri nəzəri şəkildə aşkara çıxarıldı. Bu sirrlərdən biri papanın öldürüləcəyi və bir şəhərin məhv ediləcəyi ilə bağlıdır. Fatimənin mesajından aşkar edilən bir hissə belədir: “XX əsrin ikinci yarısında böyük, çox böyük bir müharibə olacaq. O zaman göydən od və tüstü yağacaq, dənizlərin suları göyə doğru buxarlanacaq, göydə olan nə varsa aşağı gələcək”.
Mitar Tarabich 1829-1899-ci illərdə Serbiyada yaşamış az tanınan bir kahin olub. Lakin Serbiyada 19-cu əsrdə baş verən siyasi hadisələrlə bağlı bir çox proqnozu doğru çıxıb. O, ikinci dünya müharibəsini də təxmin edib. Proqnozlarından bəziləri isə belə olub: “Öz torpaqlarımızdan getdiyimiz zaman şimala üz tutacağıq. Və axmaqcasına davranışımızı dərk edərək dəyişiklik edəcəyik. O zaman aramızdan ədalətli olmayanı göndərəcəyik. Bütün dünya qəribə bir xəstəliklə mübarizə aparacaq və heç kim onun müalicəsini tapa bilməyəcək (QİÇS). Hərkəs mən bilirəm, çox ağıllıyam, elm adamıyam deyəcək, ancaq heç kəs heç bir şey edə bilməyəcək. İnsanlar düşünüb daşınacaqlar, amma doğru nəticəyə nail olmaları imkansız olacaq. İnsanlar təmiz havadan, təravət və gözəlliklərdən həzz almayacaqlar. Yalnız karyeralarını böyütməyin arxasınca qaçacaqlar. Onları belə etməyə heç kim məcbur etməyəcək, özləri bu işdə könüllü olacaq. Adamlar bir qutucuq icad edəcəklər, içində görüntülərlə bağlı tərtibatlar olacaq (televiziya). Amma həmin alətlər artıq həyatda olmayan mənlə əlaqəyə girə bilməyəcək. Halbuki həmin görüntü cihazları vasitəsilə insanlar bir-birinə saç tellərinin yaxınlığı qədər yaxın olacaqlar (görüntülü telefonlar). İnsanlar bu görüntülü cihazlar sayəsində dünyada baş verən hər hadisəni izləyəcəklər (internet)”.
1843-ci ildə Mormon dininin banisi hesab edilən Jozef Smit tərəfindən Ağ at proqnozu ortaya atılıb. Bu proqnoza görə, Amerikada daha əvvəl görülməmiş böyüklükdə dəhşətli bir inqlab olacaq. Bu inqlabda Amerika ali hakimiyyətini itirəcək, yer üzündəki bütün pisliklər bu ölkədə sınaqdan keçiriləcək. Ata oğluna qarşı, uşaq atasına qarşı döyüşəcək, eyni şəkildə ana qızına və qız da anasına qarşı çıxacaq. Ən pisi isə o olacaq ki, qətl, təcavüz heç təxmin edilməyəcək dərəcədə artacaq.
Sankt-Nilus 5-ci əsrdə Sankt-peterburqda yaşamış Conun tələbəsi olan kiçik rahib olub. O, dəqiq tarixləri məlum olmasa da 20-ci əsr ilə bağlı bir çox proqnozlar verib. Bu proqnozlara görə 1900 ildən sonra, insanlar anlaşılmaz mövqe tutacaqlar. İblisin gəlmə vaxtı yaxınlaşanda insanların ağlındakı şəhvətli ehtiraslar bir bulud yığını kimi böyüyəcək, xalq arasında qanunsuzluq yayılacaq. Daha sonra dünya anlaşılmaz vəziyyətə düşəcək. İnsanların görünüşləri də dəyişəcək, paltarlarlarına və saç formalarına görə qadınları kişilərdən ayrımak imkansız olacaq. Bir zaman sonra kişilər də quşlar kimi uçacaq, balıq kimi dənizin dibinə enəcəklər. Bütün bu fəlakətlər meydana gəldikdən sonra bədbəxt insanlar iblisin onları aldatdığını hiss etmədən həyatlarına davam edəcəklər”.
Alois Irlmaier üçüncü dünya müharibəsi haqqında proqnozlar vermiş sadə bir alman vətəndaşı olub. Onu digər kahinlərdən ayıran ən əhəmiyyətli xüsusiyyət üçüncü dünya müharibəsinin Orta Şərqdə baş verəcəyini deməsidir. 21-ci əsrdən bu yana artıq bir çox insan 1950-ci illərdə yaşamış Alois Irlmaier kimi üçüncü dünya müharibəsinin Orta Şərqdəki problemlərdən qaynaqlanacağını düşünür.