Təsdiqlənən yeni qərara əsasən, verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısına 47 icazə daxil edilib.
Beləliklə, siyahıda aşağıdakı 47 icazə yer alıb:
– Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq.
– Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq.
– Dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq verilən sənədlər.
– Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat.
-“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə.
– İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə.
– İxrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması.
– Avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün verilən pasport.
– Beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən “İcazə” blankı.
– Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin “İcazə” blankı.
– Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “Fərqlənmə nişanı”.
– Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”.
– Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə.
– Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq.
– Yeyinti məhsullarının gigiyenik sertifikatı.
– Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi.
– Dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə.
– Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haq-qında qərar.
– Rüsumsuz ticarət mağazasının yaradılmasına icazə.
-Elektrik enerjisinin nəqlinə icazə.
-Elektrik enerjisinin paylanmasına icazə.
-Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə.
– Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı.
– Qazın istehsalına və təbii qazın emalına icazə.
– Qazın nəqli üçün icazə.
– Qazın paylanmasına icazə.
– Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə.
– Sənaye qaz qurğusunun istismarına icazə.
-Neft və qaz yataqlarının kəşfiyyatına icazə.
– Neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə.
– Neft və neft məhsullarının emalına icazə.
– Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə.
– Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsi.
– İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərar.
– Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi.
– Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası.
– Sənaye parkının qeydiyyat şəhadətnaməsi.
-Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi.
– Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.
– Sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd.
-İnvestisiya təşviqi sənədi.
-Açıq məkanda reklamın yerləşdirilməsinə icazə.
– Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilə.
– Tikintiyə icazə.
– Tikinti obyektinin istismarına icazə.
– Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası.
– Səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə.
APA