Nəhəng bulud dünyayla toqquşacaq – ŞOK

0
3

Moderator.az xəbər verir ki, saatda 1.2 milyon km sürətlə dünyaya doğru  yaxınlaşan əsrarəngiz bir qaz buludu ilə bağlı araşdırmalar sürətləndirlib. Ancaq NASA-ya görə ən azından hələlik qorxmağa ehtiyac yoxdur.

Qeyd edək ki, Hollandiyada astronomiya təhsili görən Gail Smit tərəfindən ilk dəfə 1963-cü ildə müşahidə edilən hidrogen buludu mübahisələrə səbəb olmuşdu. 50 ildən çox müddətdir ki, yerə yaxınlaşan buludla bağla tədqiqatlar aparılırdı.
Bu günlərdə buldu izləyən Habbl Teleskopuna buludun yeni görüntüləri daxil olub və həmin görüntülər aparılan tədqiqatlar sürətləndirilib. Son göstəricilər nəhəng buludun 70 milyon il əvvəl qalaktika diskinin xarici bölgələrindən “çıxdığını” göstərir.
Dünyadan gecələr göy üzünə baxanda Aydan 30 dəfə böyük bir kütlə olaraq görülən və 2 milyon Günəşə yetəcək qədər qaz saxlayan buludun niyə və necə süd Yolundan “çıxdığı” hələ də bilinmir. Ancaq tədqiqatçılar bildirir ki, buludun dönüşü “möhtəşəm” olacaq.
NASA və ESA-ya görə Smith buludu 30 milyon ilə qədər təkrar qalaktikamızla toqquşacaq. Bu toqquşma nəticəsində dünyaya nisbətən “yaxın” bir bölgədə NASA-nın “möhtəşəm” deyə qiymətləndirdiyi formada yeni ulduzların yaranması gözlənilir.
Bu toqquşmadan sonra dünyanın aqibətinin necə olacağı isə hələ ki, məlum deyil.
Esrarengiz bulut Dünyaya çarpacak (ama daha vakit var)