Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tərtib etdiyi informasiya-kommunikasiya texnologiyalarının inkişafı indeksində 58-ci yer tutub.
Bu məlumat ITU-nun “İnformasiya cəmiyyətinin ölçülməsi-2016” hesabatında yer alıb.
Bu göstərici ilə Azərbaycan MDB dövlətləri arasında dördüncü yerdə qərarlaşıb. Yalnız Belarus, Rusiya və Qazaxıstandan geri qalan Azərbaycan Gürcüstan, Ukrayna, Özbəkistanı qabaqlayıb.
ITU-nun qiymətləndirməsinə görə, 2016-cı ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı 6,28 xal təşkil edib.