Qazaxstanın paytaxtı Astana şəhərinin adını dəyişdirmək barədə təklif irəli sürülüb.
Strateq.az bildirir ki, şəhərin prezident Nursultan Nazarbayevin şərəfinə adlandırılması üçün parlamentin deputatı Kanış Sultanov təkliflə çıxış edib.
Qazaxstanın müstəqilliyinin 25 illiyi ilə bağlı keçirilən mərasim zamanı deputatlar dövlət başçısının da adının əbədiləşdirilməsini təklif ediblər.
“Astana ölkənin birinci prezidentinin adını daşımağı haqq etmiş şəhərdir. Bu şəhərin banisi Nazarbayevdir. Tarixdə belə nümunələr var. Paytaxtı ya “Nursultan” ya da “Nazarbayev” adlandırmaq olar”, -deyə Sultanov vurğulayıb.
O qeyd edib ki, paytaxtın adının dəyişdirlməsi üçün konstitusiya da dəyişiklik edilməlidir.