Türkiyə baş naziri Binəli Yıldırım hakim partiya tərəfindən parlamentə təqdim edilən qanunda dəyişikliklərlə bağlı qalmaqallı təklifə münasibət bildirib.
Qanunda nəzərdə tutulan dəyişiklikdə cinayətkarın təcavüz etdiyi uşaqla evlənəcəyi halda cəzasının təxirə salınacağı bildirilirdi. Baş nazir isə bu dəyişikliyin təcavüzkara bəraət verilməsi anlamına gəlmədiyini vurğulayıb:
“Tamamilə həqiqətdən kənardır, iftiradır. Məsələ ondadır ki, yaşı çatmayan, erkən yaşda evlənənlər var. Qanunları bilmirlər. Uşaqları olur, lakin ataları həbsə düşür. Bu cür 3 min ailənin olduğu müəyyən edilib. Təəssüf ki, CHP bundan ucuz sui-istifadə aləti olaraq istifadə etdi”.