Azərbaycanda müalicə-profilaktika müəssisələrində 96079 nəfər psixi xəstəlikdən əziyyət çəkən insan qeydiyyatdadır.
Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, bu göstəriciyə görə əhalinin hər 100 min nəfərindən 1002,3 nəfəri psixi xəstəliklərdən əziyyət çəkir.
Qeyd edək ki, ötən il ərzində ölkədə ilk dəfə qoyulan diaqnozla psixi xəstə kimi qeydə alınanların sayı 5107 nəfər olub. Bu da əhalinin hər 100 mininə 53,6 nəfər edir.