Sabahdan yağış və qar yağacaq –Hava proqnozu açıqlandı

0
3
Sabah Bakı və Abşeron yarımadasında noyabrın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi  əsəcək. havanın temperaturunun yarımadada gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə  8-10° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət  85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə  2° şaxtadan 3°-dək isti, gündüz  5-9° isti olacağı gözlənilir.

Noyabrın 16-dan 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi,  arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.