Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycan iqtisadiyyatının (ümumdaxili məhsul istehsalı) 2,4% azalacağını proqnozlaşdırır.
APA xəbər verir ki, bu barədə IMF-in oktyabr ayı üzrə icmalında deyilir.
Fondun analitikləri bildirir ki, iqtisadi azalmanın əsas səbəbi dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.
Bununla yanaşı, icmalın müəllifləri qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı növbəti illərdə iqtisadi artıma səbəb olacaq. “Neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər”.
BVF 2017-ci ildə Azərbaycanda 1,4% səviyyəsində iqtisadi artım gözləyir.