Eks-prezident korrupsiya ittihamı iləhəbs olundu

0
5
Salvadorun sabiq prezidenti Elias Antonio Saka Qonsales həbs edilib.

BBC-nin verdiyi xəbərə görə, o  çirkli pulların yuyulması və  külli miqdarda pulu mənimsəməkdə təqsirli bilinir.

Qonsaleslə birgə həmçinin Salvador hökumətinin 6 keçmiş yüksək rütbəli məmuru da həbs edilib.

Əvvəllər tanınmış jurnalist olan Qonsales 2004-2009 illərdə prezident postunu tutub. (APA)

Qeyd edək ki, bu ilin yanvarında Salvadorun digər eks-prezidenti Maurisio Funesə qarşı korrupsiya ittihami irəli sürülüb.