İraqın türkmən deputatlarından əcaib açıqlama:“Türkmən adı ilə hərbi dəstə yaradılmasına ehtiyac yoxdur”

0
3
İraq parlamentinin türkmən üzvləri və İraqın türkmən siyasətçiləri türkmən adı altında hər hansı hərbi qrupun yaradılmasının əleyhinə çıxıb.

“Əl-İraqiyyə” telekanalının verdiyi məlumata görə, İraq parlamentinin türkmən deputatı Niyazioğlu bu barədə deyib: “Türkmən övladları İraqın bütün hərbi qurumlarında iştiraka malikdir və ayrıca hərbi qrupun yaradılmasına heç bir ehtiyac yoxdur”.

Onun sözlərinə görə, İraq türkmənləri Mosulun azad edilməsi əməliyyatı və İŞİD qrupu ilə savaşda 90 şəhid verib. Bu şəhidlər təhlükəsizlik , ordu və terrorizm ilə mübarizə qüvvələri tərkibində terrorçularla toqquşmalarda canlarını veriblər.

Türkmən deputatlar belə ayrıca hərbi qrupun yaradılmasından siyasi məqsədlər üçün istifadə ediləcəyi bardə xəbərdarlıq ediblər.