Ürək xəstələrinin DİQQƏTİNƏ: infarkt olmaq istəmirsinizsə…

0
3

Ürək və damar sisteminin soyuğa reaksiyası fərqli olur. Ürək soyuq havada daha  aktivləşərək, ətrafını isidir və bədəni rahatlaşdırır.

Lakin xəstə və çatışmazlığı olan ürək kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər ortaya çıxır. Bu səbəbdən də xüsusilə ürək xəstəsisinizsə, ürəyinizi soyuq havalı günlərə, qış nizamına hazırlayın. Türkiyəli ürək və damar cərrahı Bingür Sönməzin bununla ürək xəstələrinə verdiyi bəzi məsləhətləri təqdim edirik.

Ürəyinizi qışa nizamlayın

Həkim ilk növbədə bildirir ki, ürək xəstələri ürək sağlamlıqları üçün mövsümi qaydalara əməl etməli və həyat tərzlərini buna əsasən proqramlaşdırmalıdırlar. Yaz aylarında su itkisinin qarşısını almaq üçün dərmanların dozalarını həkim nəzarəti ilə nizamlamaq lazımdır. Bu formada qışda da infarkt riskini artıran soyuq hava üçün də tədbirlər görməlidir. Bir sözlə, kondisioneri mövsümə uyğun nizamladığımız kimi, ürək də qış mövsümünə hazırlanmalıdır: “Ayaq damarlarında problemi olan xəstələrin ayaqlarında hiss etmə çətinliyi yaranır. Üstəlik, xəstə diabetdirsə, hiss itkisi daha çox olur. Bu halda ayaqların üşüdüyünün, donduğunun fərqinə varmır. Xüsusilə ayaq damarı problemi olan insanlar qışda çölə çıxarkən mütləq yun corab geyməlidirlər. Eyni zamanda, gecə yatarkən də yun corab geyərək ayaqları isitmək sağlamlıq baxımından faydalıdır. Ürək xəstələri gecə ayaqları üşüdüyü zaman sobanın qarşısında isitməməlidirlər. Xəstə diabetdirsə, ayaqlarında hiss olmadığı üçün istini də duya bilmir. Bu isə ayaqların yanmasına səbəb ola bilər. Bu yaraların yaxşılaşması uzun müddəti tələb etdiyindən çox ciddi fəsadlara, hətta ayağın kəsilməsinə qədər gəlib çıxa bilər. Buna görə də ən təsirli yol ayaqları isti saxlayan corab geyinməkdir. Ürək xəstələrinə qışlıq yun corablarını çıxarıb soyuq hava günlərinə hazırlıq görmələrini təklif edirəm”.

Ürək xəstələri qışda məşq edə bilmirlər, küçəyə çıxa bilmirlər. Nizamlı qidalanmaqda çətinlik çəkirlər. Həkimin sözlərinə görə, soyuqda, xüsusilə külək sinə bölgələrinə vurduğu üçün küçəyə çıxmaq məsləhət deyil: “Qışda küçəyə çıxarkən şal, yaylıq, papaq taxın, cibinizə mütləq dil altı həb qoyun. Çölə çıxarkən ağız və burun şal ilə bağlanılmalıdır. Ürək xəstələri havanı burunlarından udurlar deyə, mümkün daxilində şalla ağızlarını bağlamalı, havanı isidərək içlərinə çəkməlidirlər. Bu, onları üst tənəffüs yolu infeksiyalarından qoruyacaq”.

Başa mütləq papaq qoymaq lazımdır. Qulaqlardan soyuq havanın girməməsi üst tənəffüs yolu xəstəliklərinin qarşısının alınması üçün çox əhəmiyyətlidir. Çalışmaq lazımdır ki,  külək birbaşa sinəyə təmas etməsin. Çünki ürəklə bağlı şikayəti olmayan insanlar da soyuq havada (bu insanların da gizli ürək xəstəlikləri də ola bilər) sinədə ürək ağrılarının fərqinə varacaqlar: “Odur ki, ürək xəstəliyi olanlar soyuq havada küçəyə çıxarkən mütləq dil altı həbi özləri ilə götürməlidirlər. Çünki soyuqda bədən istiliyinin düşdüyündən spazm meydana gəlir və bu spazm səbəbindən ürəyə kifayət qədər qan getmir, sinə ağrısı ortaya çıxır. Ürək xəstələri küçəyə çıxarkən mütləq qalın geyinməlidirlər. Onu da qeyd edim ki, soyuqda tox qarına piyada yerimək olmaz”.

Soyuq havada piyada yerimək üçün alış-veriş mərkəzini seçin

Ürək xəstələri “qış gəldisə, vəssalam, soyuqda piyada yeriyə bilmirəm” – deyib evdə oturmamalıdırlar. Bunun üçün iki variant var. Əvvəlcə, hər gün evin içində o baş-bu başa getməlidirlər. İkinci variant isə, böyük alış-veriş mərkəzlərindən birinə gedərək orada gəzməkdir. Günün sakit və insanların az olduğu vaxtda –  saat 10.00-14.00 arasında piyada yerimək faydalı olacaq: “Müasir dövrdə artıq ən kiçik alış-veriş mərkəzinin uzunluğu 100 metrdir. 5 dəfə o baş-bu başa getdikdə 1 kilometr yol edir. Bununla gündəlik piyada yerimə məşqini yerinə yetirmiş olurlar. Piyada yerimək vitrinə baxmaq kimi deyil, bir az sürətli addımlarla olmalıdır. Xəstələr üçün bu cür məkanları təklif etməyimizin səbəbi var: artıq bu cür binalar “ağıllı bina” kimi inşa edildiyi üçün içəridəki hava isti olur, infeksiyadan qoruyan mühit var, istilik sistemləri filtrlidir və hava içəri filtr edilərək verilir. Bunlar xəstənin sağlamlığı baxımından əhəmiyyətli məqamlardır. Çöldə idman etmə vərdişi olan xəstələrin mütləq bu fəaliyyətlərini bağlı mühitlərdə etmələri məsləhətdir”.

Şorba, bal, bəhməz, tərəvəz və meyvə yeyin

Ürək xəstələrinin qış qidalanmaları yay proqramlarında olduğu kimi, xüsusi təyin edilməlidir. Yayda xəstələrə bol su içmək tövsiyə edildiyi kimi, qışda da lazım olan qədər kalori qəbul etmələri məsləhətdir. Çünki bədənin soyuğa və infeksiyaya qarşı dözümlü olması üçün xəstənin kifayət qədər kalori qəbul etməsi şərtdir: “Hava soyuduğu üçün ürək xəstələri kəskin pəhriz saxlamırlar. Bədənin müqavimətini qorumaq və kifayət qədər qidalanmasını təmin etmək üçün uyğun kalori qəbul edilməlidir. Diabet problemi olmayan xəstələrin səhər yeməyində bir qaşıq bal və ya bəhməz yemələri məsləhətdir. Yeməklər çox ağır – qırmızı ət, heyvani yağ ağırlıqlı olmamalıdır. Bunların əvəzinə bol meyvə-tərəvəz yemək lazımdır. Meyvə-tərəvəzlərin çiy olması vacibdir. Xüsusilə C vitamini ehtiva edən tərəvəzlər çiy yeyilərsə, tərkibindəki vitaminin də itməz”.

Artıq yumurta qadağan deyil

B. Sönməzin sözlərinə görə, illərdir ürək xəstələrinə yumurta qadağan edilib. Hətta tortun içindəki yumurtanın belə, çox təhlükəli olduğu deyilib. Lakin aparılan son araşdırmalar sübut edib ki, Omega-3 və Omega-6 tarazlığını pozduğu üçün xəstələrin yumurta yeməsində heç bir məhdudiyyət yoxdur. Bəzi kardioloqlar hər gün bir ədəd yumurta yeməyi təklif edir. Lakin səhər yeməyində günaşırı qaynanmış yumurta yemək məsləhətdir.

Aile.lent.az