Misirlə Naxçıvan MR arasında müştərək tədbirlərin təşkili ilə bağlı müzakirə aparılıb

0
4
Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov arasında görüş olub.

Misir Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Bəxtiyar Əsgərov Daimi Nümayəndəliyin fəaliyyəti barədə, Naxçıvan Muxtar Respublikasında aparılan işlər, iqtisadi inkişaf barədə, Naxçıvanda turizmin inkişafı haqqında ətraflı məlumat verib.

Söhbət zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Mərkəzinin Azərbaycanda fəaliyyətə başladığı dövrdən həyata keçirdiyi işlər barədə danışıb.

Görüş zamanı tərəflər arasında müştərək tədbirlərin təşkil olunması, əməkdaşlığın davamlı olması üçün bir sıra layihələrin və mədəni əlaqələrin inkişafı üçün planların müzakirəsi aparılıb. (Report)