Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.
BŞTİ-dən bildirilib ki, gənclər idarənin müxtəlif sektorlarında üç ay təcrübə keçmək imkanı qazanacaqlar.
İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompyuterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər. Maraqlananlar tərcümeyi-hallarını konullu@baku.edu.gov.az elektron poçtuna göndərməlidirlər.
Müraciətlər insan resursları, ictimaiyyətlə əlaqələr, ümumi təhsil, məktəbdənkənar fəaliyyətin təşkili, informasiya təminatı, maliyyə və mühasibatlıq, inkişaf layihələri və digər sektorlar üzrə qəbul olunur.
Sonda gənclərə sertifikatlar veriləcək.
Qeyd edək ki, artıq könüllülük proqramı əsasında 40 gənc BŞTİ-də ixtisaslarına uyğun sektorlarda üç ay təcrübə keçib.