ABŞ-ın hərbi gəmisinə növbəti hücum –Raketlə

0
3
Yəmən sahillərində fəaliyyət göstərən ABŞ-ın “USS Mason” esminesi, eləcə də onu müşahidə edən desant nəqliyyat gəmisi “USS Ponce” yenidən raket atəşinə tutulub.

Atəş Yəmənin qiyamçı husilərin nəzarəti altında olan ərazisindən açılıb. İnformasiyaya əsasən, gəmilərin şəxsi heyəti xəsarət almayıb.

“ABŞ gəmisi Qırmızı dənizin Yəmənə aid sahilində olarkən yaxınlaşan iki raket qeydə alınıb. Hər iki raket gəmiyə çatmamış suya düşüb. Bununla belə esminesdən müdafiə atəşi atılıb”, – deyə, ABŞ Müdafiə Nazirliyinin təmsiolçisi Ceff Devis bildirib.

Məlumata görə, oxşar hadisə oktyabrın 10-da da baş verib. Onda Pentaqon cavab tədbirinin görülməsi məsələsini gözdən keçirəcəyini bəyan etmişdi.

Report.az