Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində ikinci oyununda da qələbə qazanıb.
Millilərimiz Norveç komandasını 11-ci dəqiqədə Maksim Medvedevin vurduğu qolla məğlub edərək, tarixində ilkə imza atıb – 1:0.
Belə ki, tarixində milli komandamız ilk iki görüşündə maksimum nəticəni – 6 xalı toplayıb və oyun üstünlüyü ilə qrupda liderliyə yüksəlib.
Xatırladaq ki, bundan əvvəlki oyunda millilərimiz səfərdə San Marinonu 1-0 məğlub etmişdi.