Böyük Britaniya da Türkiyədəki səfirliyini bağlayır

0
3

Böyük Britaniyanın Ankaradakı səfirliyi təhlükəsizlik səbəbindən sabah bağlı olacaq.

 

Trend-in məlumatına görə, bu barədə bəyanat səfirliyin Twitter səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Türkiyədəki bir çox diplomatik nümayəndəliklər kimi Böyük Britaniya səfirliyi də sentyabrın 12-dən 15-ə qədər Qurban bayramı ilə əlaqədar fəaliyyətini dayandırmışdı. Bu gündən isə diplomatik nümayəndəlik işini bərpa etməli idi.

Bu arada alman mətbuatı da məlumat yayıb ki, Almaniya XİN növbəti terror aktı ilə bağlı yeni siqnal alıb, bu səbəbdən Almaniyanın Türkiyədəki səfirliyi də bu həftənin sonuna qədər bağlı olacaq.