İran Amerikanın iki kəşfiyyat təyyarəsini vurmaqla hədələyib –Sərhəd yaxınlığından uçduqlarına görə

0
3

İran ötən şənbə günü bilavasitə sərhədləri yaxınlığından uçmuş iki Amerika kəşfiyyatçı təyyarəsini vurub salmaqla hədələyib.

Bu barədə “Fox News” telekanalı müdafiə sferasındakı üç mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, içində 9 ekipaj üzvünün olduğu “P-8 Poseidon” və 24 nəfərlə uçan “EP-3 Eries” təyyarəsi İranın dövlət ərazi suları sahilindən 12 dəniz mili məsafəsində uçublar.

İran hərbçiləri radio vasitəsi ilə Amerika təyyarələrinə onları vurub yerə salmağa risk etmələri ilə bağlı xəbərdarlıq ediblər. Lakin Amerika hərbçiləri xəbərdarlıqlara əhəmiyyət verməyiblər və İran ərazisinə yaxın uçuşlarını davam etdiriblər. (Report)