Hulusi Akar: “Son terrorçu məhv edilənə qədər mübarizə davam edəcək”

0
6

Son terrorçu məhv edilənə qədər mübarizə davam edəcək. “Hürrriyət” qəzetinin verdiyi məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar 30 avqust Zəfər Bayramı münasibəti ilə verdiyi açıqlamasında deyir.

Onun sözlərinə görə, xainlər təmizləndikcə Türkiyə Silahlı Qüvvələri daha da güclü olacaq.

H.Akar əlavə edib ki, Türkiyənin Suriyada keçirdiyi “Fərat qalxanı” əməliyyatı ölkə ordusunun güclü olduğunu bir daha göstərdi.