Prezident İlham Əliyev sərəncam imzaladı –Yol tikintisi ilə bağlı…

0
6

Prezident İlham Əliyev Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək də tapşırılıb.