Wi-fi kodu sındırılan şəxslər üçün … – MÜTLƏQ OXUYUN !

0
4

Öz qonşusuna könüllü kodu deməyənlər, bir də ona gözünü açır kodunu bütün qonşular bilir. Bəs nə etməliyik?

İndi bir çoxlarının internet məkanından istifadə zamanı qarşılaşdığı problemlərdən biri də məhz şəxsi wi-fi kodlarının sındırılmasıdır. Belə ki, istənilən şəxs xüsusi proqramlar vasitəsilə mənzillərdə quraşdırılan wi-fi kodunu deşifrə edib internetdən sərbəst istifadə edə bilər. Lakin “Wi-Fi” istifadəçilərinin sayı artdıqca internetin sürəti də azalır.

“Wi-fi” kodu sındırılan vətəndaşlar, diqqətiniz bizdə olsun. Proqramçı bu hallardan sığortalanmanın yollarını izah edir:

Öz şəxsi modeminizi götürüb arxasında qeyd olunan Login və Parolunuza diqqət yetirin. Daha sonra, brauzerinizden (Chrome, Mozilla, Opera və s.) qeyd olunan ünvana daxil olun. “192.168.1.1”. Şifrə və login yerinə “admin” daxil edin; sonra “wireless”-ə daxil olub “Broadcast”-ı “No” vəziyyətində saxlayın. Ekranda görünən “mac” ünvan yerinə işlətdiyiniz cihazın mac adresini qeyd edin. Və beləliklə, yalnız daxil etdiyiniz mac ünvan ilə wifi-ya daxil ola bilərsiniz.

Rabitə və yüksək texnologiyalar nazirliyi yanında elektron təhlükəsizlik mərkəzinin aparıcı məsləhətçisi Sevinc Heydərli deyir ki, bu cür halların baş verməməsi üçün ilk növbədə wi-fi kodunun yaradılması zamanı daha mürəkkəb şifrə seçilməlidir. Əks halda təhlükə qaçılmazdır.

Qeyd edək ki, bu cür xoşagəlməz hallarla qarşılaşdıqda vətəndaşlardan Rabitə və yüksək texnologiyalar nazirliyin 1654 çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.

Xezerxeber.com