İŞİD terrorçuları Hələbdəkimyəvi silah tətbiq ediblər

0
5

İŞİD terror qruplaşmasının üzvləri Suriyanın Hələb şəhərinin yaşayış rayonlarında kimyəvi silah tətbiq ediblər, ən azı 20 nəfər zərər çəkib.

“Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Press TV” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, silahlılar çərşənbə axşamı Hələbin şimal-qərbində hökumətin nəzarətində olan ərazidə iprit qazı tətbiq ediblər. Bildirilir ki, hücum zamanı yaraqlılar minaatanlardan istifadə ediblər.