“Türk axını”ndan kim qorxur:Avropa, yoxsa Amerika?

0
4

the-blogger.ru, 05.08.2016

 

Reuters” “Türk axını”nın təzələnməsi ilə bağlı Avropa diplomatlarının narahatlığını ifadə edən məqalə dərc edib. Nəşrin sərəncamında Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefoviçin hansısa elektron məktubu var. Məktubda yazılıb: “Biz Türkiyədəki durumu diqqətlə izləyirik. Türkiyə dərk edir ki, Cənub qaz dəhlizinin  gerçəkləşdirilməsi üçün açar ölkədir”.

“Reuters” eyni zamanda hansısa analitiklərə isnad edərək yazır ki, ““Türk axını” gerçək layihədən daha çox siyasi ritorikadır”. “Türk axını” kimin üçün qorxuldur:Avropa, yoxsa ABŞ?

 

Ukrayna

 

Türk axını” Ukrayna üçün qaz nəqli sisteminin tabutunun qapağına son mıxdır. “Нафтогаз Украинa” tövşüyə-tövşüyə özünü modernləşməsiz və investisiyasız məhv olacaq qaz nəqli sistemi (QNS) və yeraltı qaz anbarından (YQA) ayırmağa cəhd edir. Lakin QNS “Şimal axını-2” və “Türk axını” və ya “Bolqar axını” qismində alternativinin meydana çıxması ilə Ukraynanın ümumiyyətlə heç bir şansı qalmır.

 

Türkiyə və Azərbaycan

 

Türkiyə-Rusiya münasibətləri pisləşəndən sonra Ərdoğan Rusiya qazına əvəz tapmağa səy göstərdi, lakin baş tutmadı. Azərbaycan və Türkiyə Şahdəniz yatağından başlanıb Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniyadan keçməklə İtaliyanın güneyinə çatası Transanadolu qaz kəməri inşasını sürətləndirməyə razılaşdı.

TA

Yeri gəlmikən, Azərbaycan TANAP layihəsinə imza atmaqla faktiki olaraq Nabucco layihəsini və Ukraynada terminnallar inşası üzrə planları yığışdırdı.

TANAP üzrə Türkiyəyə 6, Avropaya iosə 10 milyard kubmetr qaz tədarürk etmək planlaşdırılırdı. Bu həcm Türkiyə və Avropa üçün son dərəcə cüzidir. Lakin Rusiyadan deyilsə, haradan götürülməldir?

 

Avropa

 

Almaniya “Şimal axını-2” imzalanana qədər “Cənub axını” və “Türk axını”na qarşı fəal şəkildə çıxış edirdi. Çoxlarına elə gəlirdi ki, o, Ukraynanın maraqlarını müdafiə edir, lakin məlum olur ki, Berlin Ukraynanı “boşayıb”.

Polşa bir tərəfdən “Şimal axını-2”-yə qarşıdır, lakin digər tərəfdən qaz nəqli gücünün ehtiyatda saxlanması imkanını yoxlayır. Buradakı etiraz iqtisadi olmaqdan daha çox siyasidir.

A

“Cənub axını”nın bərpasına ümid edən Bolqarıstan əlindən gələni edib ki, ona qarşı üçüncü enerji zərfi üzrə iddialar irəli sürülməsin. Rusiya qazı “Türk axını” vasitəsilə Bolqarıstanın yeni xabına (qovşaq-tərc.) çıxa və bundan sonra Avropa üzrə paylana bilər.

Baltikyanı ölkələr sadəcə Rusiyaya qarşıdır. Hansı xüsusda və ziyan-xeyir məsəsləsi önəmli deyil.

AB-nin qalan üzvləri üçün “Türk axını”nın olub-olmayacağının böyük hesabla fərqi yoxdur. Lakin İtaliya və Yunanıstan son planların işığında Türkiyənin hesabına xeyli energetik problemlərini həll edəcək.

 

ABŞ

 

Vaşinqton Rusiyanın bütün qaz layihələrini ciddi-cəhdlə batırıb. “Cənub axını”yalnız Ağ Evin birbaşa basqısı ilə pozulub. Almaniya ilə birlikdə Türkiyəyə təzyiq edib. “Şimal axını-2”nin təxirə salmaqdan ötrü Almaniya və AB-yə indiyədək təzyiq göstərir. Ukraynanın sabitsizləşdirilməsi Rusiya qazının Avropaya tədarükünün mümkünlüyünü şübhə altına almaqda əlavə amil idi. Bütün bunlar nəyin xatirinədir? Öz kommersiya maraqlarını yeritməkdən ötrü. ABŞ-dan yüksək qiymətə və boru qazı ilə müqayisədə rəqabətə dözməyən sıxılmış qaz tədarük etməkdən yana.

Buradan çıxan və “Reuters”in barəsində susduğu nəticə birinci növbədə ABŞ-ı qorxudur. Dövlət çevrilişi cəhdindən sonra Vaşinqtonun Ankara ilə münasibətləri pisləşib və Türkiyəyə keçmiş təsir artıq yoxdur. “Türk axını” Ağ Evin hələ 2013-cü ildə… yaxud hətta daha əvvəl qəsdinə durduğu oyunu bütünlüklə poza bilər…

 

Tərcümə Strateq.az-ındr.