“Günəş TV” ANS-in tezliyini necə tutub?

0
4

Bir neçə KİV bağlanmış ANS TV-nin tezliyində başqa bir kanalın verilişlərinin nümayiş olunduğu barədə məlumat yayıb.

Məlumata görə, artıq neçə gündür ki, axşamlar həmin tezlikdə “Günəş TV”-nin – 1 aprel 2015-ci ildə şimal bölgəsində fəaliyyətə başlamış ilk uşaq kanalının verilişləri yayımlanır.

Bu günə qədər bu kanal yalnız cizgi filmlərini nümayiş etdirib, bu gün də “Casusların uşağı-2” filmi göstərilib.

Virtualaz.org dəqiqləşdirib ki, ANS telekanalının yaymlandığı tezlik hər hansı digər kanala verilməyib. “Günəş TV”-nin həmin tezlikdə peyda olması isə oranı tərk edən ANS-in yerinə onu daxil edən KATV1 kabel operatorunun hərəkətləri ilə izah olunur.

Yeri gəlmişkən, Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov mediaya açıqlamasında deyib: “”Günəş” TV region kanalıdır və ona verilən lisenziya ilə yalnız regionda fəaliyyət göstərə bilər. Həmin TV-nin ANS-in tezliyində yayımlanmağa ixtiyarı yoxdur”.