İyulun 15-də hərbi çevrilişə cəhd zamanı dəfələrlə bombalanan Türkiyə Böyük Millət Məclisi (TBMM) dünya ölkələrinə Fətullah Gülən terror təşkilatı ilə bağlı məktub göndərib.
Məktubda FETÖ dünyanı dəhşətə salan İŞİD terror təşkilatına bənzədilib:
“Hüquqi dövləti və demokratiyanı hədəfə alan bu hadisə hərbi çevrilişdən çox böyük terror əməliyyatı idi. 1998-ci ildən bəri ABŞ-da yaşayan Fətullah Gülənin lideri olduğu terror təşkilatının bu cəhdi ölkə tarixinin ən dəhşətli olaylarındandır. İŞİD-in bənzəri olan və dünyanı ələ keçirəcəyini düşünən bu terror təşkilatı 100-dən çox ölkədə yerləşib.
Bir çox kəşfiyyat orqanları, terror təşkilatları ilə əməkdaşlıq edən bu qurum fəaliyyət göstərdiyi ölkələrdə qanunsuz şəkildə video çəkilişlər edir və telefon danışıqlarını dinləyir. Təşkilat gizli şəkildə çəkdiyi videolarla ölkədə siyasət adamlarını və başqa sahədə çalışanları şantaj və təhdid edir. Bütün dost və müttəfiq ölkələri FETÖ ilə mübarizədə Türkiyənin yanında olmağa çağırırıq”.