Türkiyədə iqtidara qarşı hərbi çevrilişə cəhd baş verir; ordu birləşmələri ayağa qalxaraq İstanbulda strateji əhəmiyyət daşıyan iki körpüdə nəqliyyatın hərəkətini dayandırıb. Bundan başqa, qiyamçı hərbçilər orduya aid xeyli texnika və silahla hərəkətə keçərək, açıq formada iqtidara qarşı devirmə başladıqlarını elan ediblər.
Baş verənlər barədə az öncə Türkiyənin baş naziri Binəli Yıldırım da açıqlama verib.
O, Avropa ilə Asiyanı birləşdirən körpüləri ordudakı yapılanmada yer alan hərbçilərin dövlətə qarşı qiyamı olduğunu təəssüflə açıqlayaraq, deyib ki, baş verənlər hərbçilərin bir qisminin ayaqlanmasıdır: “Millət rahat olsun. Kimsənin qanunsuz əməlinə, demokratik prinsiplərə zidd hərəkətinə, o cümlədən ölkənin seçilmiş hökumətini qanunsuz, hərbi güc tətbiq etməklə devirməsinə imkan verilməyəcək. Bu, ordu içindəki bir qrupun dövlətə üsyana cəhddir. Ancaq heç kimsə bununla istəyinə çata bilməyəcək, demokratiya zidd hər hansı bir hərəkətə yol vermək olmaz. Seçilmiş hökumət var və bu hökumət də iş başındadır. Bu hökumətlə bağlı qərar ancaq millət verə bilər. Bu hərəkətə qalxanlar isə ən ağır formada cəzalandırılacaqlar. Millətimiz rahat olsun”.
Baş nazir bildirib ki, hazırda güvənlik gücləri əməliyyata başlayıb və tezliklə hakimiyyəti devirməyə cəhd edən hərbçilər zərərsizləşdiriləcək.
Son məlumata görə, artıq döyüş helikopterləri və jandarma, o cümlədən digər aidiyyatı qüvvələri əməliyyata başlayıblar.
Türkiyənin Haber Türk kanalı F-16 qırıcılarının da havaya qaldırıldığını açıqlayb. Hazırda qiyama qalxan hərbi birləşmələrin zərərsizləşdirilməsi əməliyyatı həyata keçirilir. O da bildirilir ki, Türkiyə Baş Qərargahı üzərində də super helikopter – “kobra”lar alçaqdan uçuş həyata keçirməyə başlayıblar. Bu uçuşların hansı qrup tərəfindən və hansı məqsəd tərəfindən keçirildiyi isə bilinmir…
Türk Silahlı Qüvvələri rəsmi saytında məlumat yayaraq, yönətimə əl qoyulduğunu açıqladı.
Gəlişmələrlə bağlı bizi izləyin.