TRT: Ərdoğan devrildi

0
6

Türkiyədə hərbi çevrilişi ordu generalı Hülusi Akar təşkil edib.

TRT dövlət televiziyasının verdiyi məlumata əsasən, Baş Qərargah rəisi Hülusi Akar yeni hökumətin başçısıdır.

Ankarada hərbçilər alqışlarla qarşılanır.

Pentaqon Türkiyədə baş verənlərlə bağlı məlumat toplayır və vəziyyəti izləyir.

***

TRT-nin efirində hazırda dövlət çevrilişinin baş tutduğu barədə bəyanat oxunur.

***

Ankarada polis akademiyası partladılıb.

Bu barədə «Anadolu» agentliyi məlumat yayıb. Digər KİV-lər İstanbulda Atatürk Hava Limanının, TRT dövlət kanalının, hakim partiyanın Ankaradakı qərargahının zəbt olunduğunu yazır.

***

Türkiyədən təzadlı xəbərlər gəlməkdə davam edir.

Son məlumata görə, Türkiyə ordusu Baş Qərargahı rəisi Hulusi Akarın Ankarada girov götürüldüyü bildirilir.

***

«Anadolu» agentliyinin bildirdiyinə görə, Türkiyənin müxtəlif yerlərində insanlar küçələrə çıxmağa başlayıblar.

***

Türkiyə KİV yazır ki, Ərdoğan təhlükəsizlikdədir.

Daha öncə hərbçilər Türkiyənin bütün rəhbərliyinin tutulduğunu bildirmişdilər.

İstanbulda polis qərargahının yaxınlığında atışma səsləri eşidilir.

***

Ankara meri vətəndaşlardan küçələrə çıxmağı xahiş edib.

İstanbul hava limanının bağlı olduğu deyilir.

***

Türkiyə Baş Qərargahı ölkədə hakimiyyətin ələ keçirildiyini bildirib.

Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə rəhbərliyi tutulub, Baş Qərargahdan belə bildiriblər.

Türkiyə hərbçiləri çevrilişdən sonra cari beynəlxalq münasibətlərin davam etdiriləcəyini bildiriblər.

***

İnternetdə Ankarada küçələrdə tankların göründüyü fotoşəkillər yayılır.

Eyni zamanda, dövlət televiziyası yayımını dayandırıb.

İstanbuldakı Atatürk hava limanına doğru tanklar yönəldilib.

***

Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir.

«Reuters» agentliyi xəbər verir ki, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.

Türkiyə baş naziri ölkədə çevrilişə cəhd olunduğunu bildirib.

Qeyd edək ki, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.

«Onlara verilən səlahiyyət və silahdan istifadə edərək, bir qrup hərbçi məsuliyyətsiz qeyri-qannuni hərəkətlərə cəhd ediblər. Bunu dövlət çevrilişi adlandırmaq düzgün deyil, amma istənilən halda, vətəndaşlarımız sakit olsunlar, biz qanunçuluğun və qayda-qanunun qorunub saxlanması üçün lazım olan hır şeyi edəcəyik», – NTV telekanalının efirində baş nazir Binali Yıldırım deyib.