Zoopark və sirklər qadağan edilə bilər

0
7

Böyük Britaniya hökuməti heyvanların zoopark və sirklərdə saxlanılmasını qadağan edən qanun layihəsini qəbul etməyə hazırlaşır.

Qanun layihəsinin müəllifləri əmindirlər ki, layihə Avropanın digər ölkələri tərəfindən dəstəklənəcək, bunun sayəsində isə məsələ beynəlxalq səviyyədə qaldırılacaq.

Qanun layihəsi üçün əsas isə prakitiki olaraq heyvanların olduğu bütün sirklərdə bu və ya digər şəkildə onların hüquqlarının pozulması və onlara qarşı qəddar münasibət olub. Zooparklara gəldikdə isə parlament üzvləri onları seçim qarşısında qoyacaqlar: zooparkların heyvan sığınacaqlarına çevirmək və ya bağlanması.

Heyvanların sirk nömrələrində istifadəsi birdəfəlik qadağan ediləcək. İlkin məlumata görə, qanun layihəsini Böyük Britaniya parlamenti üzvlərinin 98%-i dəstəkləyib. Siyasətçilər əmindirlər ki, qanunun qəbul edilməsi heyvanlara qarşı “arxaik tərcübəyə” son qoyacaq.

Onu da qeyd edək ki, bu qanun layihəsi Devid Kemeron tərəfindən 2012-ci ildə vəd edilmişdi, amma hər şey söz olaraq qalmışdı.