Türkiyə polisi iyunun 28-də İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı ilə əlaqədar şəhərin 16 yerində eyni vaxtda antiterror əməliyyatı keçirib.
Anadolu Agentliyinin məlumatına görə, bu əməliyyatlar nəticəsində 3-ü xarici olmaqla 13 nəfər şübhəli qismində həbs olunub.
Xatırladaq ki, terror aktı nəticəsində 42 nəfər həlak olub, 238 nəfər yaralanıb.