Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın “Qəbələ” komandası Gürcüstanın “Samtredia” klubunu qəbul edib.
Strateq.az xəbər verir ki, oyuna fəal başlayan qəbələlilər rəqibi darmadağın edərək, cavab qarşılaşmasına rahat yollanmaq fürsəti yaxalayıblar – 5:1.
Oyunda hesabı 16-cı dəqiqədə Stankoviç açıb. Bu qoldan 3 dəqiqə sonra isə Zenyov hesabı 2-yə çatdırıb. 31-ci dəqiqədə isə Teo Uiks 3-cü topu rəqib qapısından keçirib.
İkinci hissənin 60-cı dəqiqəsəsində isə gürcü komandası fərqi azaldıb – 3:1. Ancaq yenidən toparlanan komandamız cəmi 9 dəqiqə sonra Teo Uiksla hesab arasındakı fərqi yenidən artırıb. Bu qoldan 3 dəqiqə sonra isə Teo 5-ci topu qapıdan keçirib –5:1.