Qarın piylərini belə əridin

0
6

Qarın bölgəsindəki yağlardan xilas olmaq çox çətindir. Çox vaxt pəhrizlər və məşq hərəkətləri belə qarındakı piylərə təsir edə bilmir.

Qarın bölgəsindəki yağları əridən qidaları təqdim edirik:

Kartof

Bir çoxu kartofun insanı kökəltdiyini zənn edir. Halbuki kartof piy əridən qidalar sırasındadır. Bu tərəvəz soyuq olanda daha çox lif ehtiva edir. Lif həm insanı tox saxlayır, həm də yağların əriməsinə səbəb olur.

Alma sirkəsi

Alma sirkəsi yağların orqanlarda yığılmasına imkan vermir. Salatlara və balığa alma sirkəsi əlavə etmək olar.

Armud

Təzə armudun kalorisi azdır. Buna baxmayaraq, əsl lif anbarıdır. Tərkibindəki antioksidantlar sayəsində qarın bölgəsində toplanan yağları qısa müddətdə yox edir.