Cənub-Şərqi Çin dənizində gərginlik –İndoneziya hərbçiləri Çin gəmisini atəşə tutdu

0
6

İyunun 17-də İndoneziya Hərbi Dəniz Qüvvələri Cənub-Şərqi Çin dənizində, Natuna adası yaxınlığında Çin balıqçı gəmisini atəşə tutub, 1 balıqçı yaralanıb.

APA-nın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin bildirib.

Balıqçı gəmisi və gəminin bortundakı 7 balıqçı İndoneziya Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb.

Çin bu hadisədən sonra balıqçıları qorumaq üçün dənizdəki həmin rayona Sahil Mühafizə Xidmətinin gəmisini göndərib. Eyni zamanda bu hadisə ilə əlaqədar rəsmi Pekin diplomatik kanallarla İndoneziyaya qəti etirazını çatdırıb. Çin hesab edir ki, rəsmi Cakarta bu addımı ilə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasını ciddi surətdə pozur.