Əfsanəvi boksçu Məhəmməd Əli 75 yaşında dünyasını dəyişib.
Boksçu 2 gün əvvəl nəfəs çatışmazlığı problemi ilə əlaqədar Arizonadakı xəstəxanalardan birinə yerləşdirilmişdi. O, 30 ildən çox idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Məhəmməd Əli boks üzrə üçqat dünya çempionu və dünyada bu nailiyyəti əldə edən yeganə boksçu idi.
Qeyd edək ki, əsl adı Kassius Kley olan idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını özünə götürüb.
Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə – 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və bu qələbələrin 37-si nokautla bitib.