Türkiyə Böyük Millət Məclisi bu gün deputat toxunulmazlığı ilə bağlı qanuna dəyişiklik edib.
Məclis 376 səslə yeni qanunu qəbul edib.
Bununla da PKK-nın siyasi qolu olan HDP-li deputatlarla bağlı açılan cinayət işləri icraata rahatlıqla görürüləcək.
AKP-li deputat Vedat Demirgözün sözlərinə görə, toxunulmazlığın götürülməsindən sonra HDP-li deputatlarla bağlı cinayət işləri məhkəmələrə göndəriləcək: “Məhkəmə cinayətlərini sübuta yetirərsə, mandatlarını da itirəcəklər. O zaman hazırkı millət vəkilləri cəzalarını layiq olduqları formada çəkəcəklər”.
Deputat bildirib ki, HDP-nin terroru dəstəkləyən, terrorçulara dəstək verən deputatları işlədikləri suçu bilirlər: “Ona görə də onların bəzilərinin artıq bir neçə gündür ölkədən iş-güc adıyla qaçdığı xəbəri də yayılıb. Mümkündür ki, onnlar geri dönməyəcəklər. Zatən onların yeri Kandildir, PKK-nın yanında, dağlardan gizlənməkdir. Onların bizə, Türkiyəyə qarşı bütün təhdidləri mənasızdır. Hara gedirlərsə, getsinlər, gərəyi nədirsə, ona da layiq görüləcəklər”.
Bu arada Ərdoğan da məclisin qərarını alqışlayıb. Prezident HDP-li deputatlara sərt mesaj verməyi də unutmayıb: “Terroru dəstəkləyən, terrorçuları qoruyan, bəsləyən, onlara arxa duran, sivil siyasətdən çıxan HDP-lilər dərslərini alacaqlar”.