İşıqda yatmaq çox ziyanlıdır!

0
6

Alimlər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, işıqda yatan insanlarda depressiya, stress, artıq çəki, immunitetin zəiflənməsi, hətta onkoloji xəstəliklərin (xüsusilə qadınlarda süd vəzi xərçənginin) riski qaranlıqda yatan insanlarla müqayisədə daha çoxdur.

Bunun səbəbi gecə saatlarında ifraz olunan melatonin hormonudur. Bu hormon bizi streslərdən, depressiyadan qoruyur, qocalmanı ləngidir, immun sistemini möhkəmləndirir, hətta onkoloji xəstəliklərin  riskini azaldır.

Melatoninin 70%-i məhz gecə saatlarında (xüsusilə 00.00-dan 00.04-ə qədər) ifraz olunur.

Eksperimentlər zamanı sübut olunub ki, işıqda və hətta gecə lampası işığında yatan laboratoriya heyvanlarında melatoninin ifrazı xeyli azlır və bu da onların sağlamlığına və həyatının uzunluğuna mənfi təsir edir. Bu proses insanlarda da baş verir.

Bəzi araşdırmalar göstərir ki, işiqda yatan insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artmış olur. Hal hazırda həblər şəklində olan melatonin hormonu ürəyin işemik xəstəliyi, hipertoniya və s. xəstəliklərin müalicəsində istifadə olunur.

Alimlər qaranlıqda yatmağı, yataq otağında gecə lampasından istifadə etməməyi tövsiyə edirlər.