“Ərdoganın müəmmalı addımı nəyə hesablanıb?”

0
3

Ramiz Tağıyev

Qardaş Türkiyə Cümhuriyyətində baş verənlər dünyanın siyasi gündəmində əsas müzakirə mövzusuna çevrilib. Beləki, baş nazir Əhməd Davudoğlunun gözlənilməz istefası “aydın səmada şimşək “effekti yaradıb. Nələr baş verir?

Görünən odur ki, Davudoğlunun gözlənilməz gedişi iqtidar partiyasını narahat edib. Onun Türkiyədə və digər Türk Cümhuriyyətlərindəki müsbət imici AKP-yə xeyli divident qazandıra bilmişdi. Araşdırmalar Davudoğlunun bir neçə səbəbdən istefaya göndərildiyini söyləməyə əsas verib.Əvvəla,onu söyləmək mümkündür ki,özünə vurğun Ərdoğanı Davudoğlunun yüksək nüfuzu narahat edə bilərmiş. İkinci, Ərdoğan Rusiya prezidenti Putinin qarşısında “günah”ını təmizləmək istəyə bilər. Yəni, Rusiya təyyarəsinin vurulması təşəbbüskarı kimi Putinə Davudoğlu təqdim edilərək, bundan sonra iki ölkə arasında münasibətin normallaşmasına cəhd olunar. Üçüncü səbəb PKK-ya münasibətin Ərdoğanla Davudoğlu arasında ziddiyyət yaratmasıdır. Davudoğlu terrorun kökünün birdəfəlik kəsilməsinin tərəfdarı olduğu halda, Ərdoğan problemə daha loyal yanaşmanın-terrorçularla danışıqlardan bəhrələnməyə üstünlük verib.

davudoglu

Prezident Ərdoğan bu istefanın Türkiyədə sabitlik yaradacagına güvənli kimi görünür. Digər bir faktor isə Fətullah Gülənlə baglı ola bilər. Bütün hallarda Ə.Davudoğlunun istefası həm Türkiyə,həm də digər Türk Cümhuriyyətləri üçün böyük itki kimi dəyərləndirilir. İndi bütün diqqət mayın 22-də keçiriləcək AKP-nin növbəti qurultayına yönəlib.Təbii ki,həmin gün istefanın kökündə nələrin dayandıgına aydınlıq gətirə biləcək.