İran səfirliyi:“Tehranda ermənilərin Azərbaycan əleyhinə aksiya keçirməsi barədə yayılan xəbərlər əsassızdır”

0
3

İranın Azərbaycandakı səfirliyi Tehranda “erməni soyqırımı”nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməsi barədə yayılan məlumatları təkzib edib.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfirliyin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərlərin əsassız olduğunu bildirib: “Bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər gündən-günə artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”. (APA)

M. Nəcəfi mediaya müraciət edərək onları dəqiq xəbərlər yaymağa və İran – Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb.