Pirallahı rayonu şərdən qoruna biləcəkmi?

0
3

Pirallahı rayonu şərdən qoruna biləcəkmi?

Baş Prokuror Zakir Qaralovun sərəncamı ilə Agır Cinayətlər üzrə İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsini tutmuş İbrahim Ləmbəranski Pirallahı rayonuna prokuror təyin edilib. Bir çox qalmaqallı işlərdə adı hallanan İ.Ləmbəranski “Millətim”in oxucularına da yad persona deyil.
Beləki,o,”Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevin şərlənərək 8 il həbs cəzasına məruz qalmasında əsas rol oynayanlardan biri olmuşdu. Keçmiş MTN-çilərin qanunsuz sifarişlərini canfəşanlıqla icra etməyə alışmış İ.Ləmbəranski R.Tağıyev barəsində apardığı istintaq işində misli görünməmiş qanunsuzluqlara imza atmışdı. İ.Ləmbəranskinin hazırda həbsxana həyatı yaşayan MTN generalı Elçin Quliyevin yaxın qohumu olduğu barədə də məlumatlar yayılıb. İ.Ləmbəranskinin prokuror təyin olunmasına münasibət bildirən R.Tağıyev qısaca bunu söylədi: “Pirallahı sakinləri bundan sonra şərdən qorunsunlar”.

Nicat

LEAVE A REPLY