Eldar Mahmudovla bağlı -Şok iddia

0
4

Eldar Mahmudovla bağlı -Şok iddia

“Sabiq nazir hakimiyyətə sarsıdıcı zərbə vura bilər”

Son günlər sabiq MTN rəhbəri Eldar Mahmudovun Azərbaycan hakimiyyətində təmsil olunan bəzi şəxslərlə bağlı informasiya təxribatı həyata keçirdiyi, bu şəxsin azadlıqda qalmasının dövlətin təhlükəsizliyi baxımından ciddi problemlərə səbəb ola biləcəyi ilə bağlı fikirlər səslənməkdədir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov sabiq nazirin törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilməsinin vacib olduğunu vurğuladı. Hüquqşünasın sözlərinə görə, cəzasızlıq mühiti E.Mahmudovu təxribat xarakterli əməllərə həvəsləndirə bilər:
“E.Mahmudovun törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməməsi, onun haqqında həbs qət-imkan tədbirinin seçilməməsi Azərbaycan dövlətçiliyinin maraqlarına, qanunçuluq prinsiplərinə ziddir. Bu, Azərbaycanda hüquqi dövlətin mövcudluğu ilə bağlı aparılan təbliğatla da bir araya sığmır. Azərbaycanda yüksək vəzifələrdə təmsil olunan şəxslər televizora çıxaraq bildirirlər ki, Azərbaycan hüquq dövlətidir. Əgər Azərbaycan həqiqətən də hüquq dövlətidirsə, niyə MTN-nin törətdiyi cinayətlərə, xüsusilə də ağır cinayətlərə görə bütün günahkarların məsuliyyətə cəlb edilməsini tələb etmirsən?
Bu nöqteyi-nəzərdən, E.Mahmudovun törətdiyi cinayət əməllərinə görə azadlıqda qalmasını Azərbaycan dövlətinin elan etdiyi prinsiplərə zidd bir addım kimi dəyərləndirirəm. Düşünürəm ki, E.Mahmudovun azadlıqda qaldığı hər gün Azərbaycan dövlətinə vurulan ən böyük zərbədir.
E.Mahmudovun törətdiyi konkret coinayət əməllərinə görə cəzalandırmaq lazım idi. Əgər gələcəkdə də ona qarşı cəzasızlıq prinsipi sərgilənəcəksə, bu, onu həvəsləndirə, öz imkanları daxilində təxribatçı hərəkətlərə sövq edə bilər. E.Mahmudov öz imkanlarından istifadə edib hakimiyyətin özünə sarsıdıcı zərbə vura bilər”.

LEAVE A REPLY