PEŞƏKAR BOKSÇU FARİZ MƏMMƏDOV AZİNFORUM.AZ-A NİYƏ QƏZƏBLİDİR?

0
3

PEŞƏKAR BOKSÇU FARİZ MƏMMƏDOV AZİNFORUM.AZ-a NİYƏ QƏZƏBLİDİR?

Bir neçə gün əvvəl Azinforum.az-da tanınmış peşəkar bokusçu Ağali Alışovun açıqlamasına yer vermişdik. Məqaladə adı çəkilən Agali Alisov Azərbaycanın fəxri sayıla biləcək peşəkar boksçudur. Onun bütün sənədləri ilə şəxsən tanış olmuşam. Peşəkar boks üzrə ilk azərbaycanlı Avropa cempionudur. Bütün bu nailiyyətlərə çətinliklə gəlib çatıb. Şəxsi evini satıb yarışların təşkilinə verib. Hazırda yaşlı anası ilə kirayədə yaşayır. Moskvada oxuduğu ali məktəbdə ermənilərin qondarma Dağlıq Qarabağın bayrağını qaldırdıqlarıni görüb, biganə qalmayıb. Həmin bayrağı onların əlindən alıb cırması idmançının güllələnməyi ilə nəticələnib.
Bu adam iddia edir ki, Fariz Məmmədovdan qat-qat güclüdür. Deyir ki, Farizə yaradılan şəraitin 10-da biri ona yaradılsa, bütün versiyalar üzrə çempion olar. Bu yazını təsadüfən yazmaq qərarına gəlmədim. Ağali deyir ki, ilk azərbaycanlı dünya çempionu kimi də tarixə düşmək onun arzusu olub, ancaq maddi vəziyyəti həmin yarışı təşkil etməyə imkan verməyib.
Fariz gələn ayın əvvəlində Bakıda dünya çempionu adı uğrunda döyüşəcək. Ağali əsl centlmen kimi ona qələbə arzulayır və bizim sayt vasitəsilə Farizi rinqə dəvət edib. Fikirini də belə izah edib ki, tamaşaçılar üçün həmin döyüşü seyr etmək çox maraqlı olar. Burda qeyri-adi nə var ki? Biz bu təklifi şəxsən Fariz Məmmədovun özünə də ünvanladıq və münasibətini dərc edə biləcəyimizi bildirdik. Bəs, Fariz nə etdi? Məni bloka atdı, onun bir neçə tərəfdarı isə inboxsa yazdıqları mesajlarla mənə “ağıllı olmağı” məsləhət gördülər…
Başqa jurnalistləri bilmirəm, ancaq mən Farizin və onun tərəfdarlarından qorxası adam deyiləm. Kiminsə haqqını tapdalamamışıqsa, gözümüz heç kimim qarşısında kölgəli deyil. Belə “xox” ların heç onlar üçün də zərrə qədər faydası ola bilməz. Əksinə…
Başqa jurnalistləri deyə bilmərəm, ancaq mən Farizi yaxşı tanıyıram. Onun vaxtilə “bratva” uşağı olduğu da mənə məlumdur. Bu, öz işidir. Hərənin bir həyatı var, necə istəyir elə də yaşayır. Hərçənd ki, “Quli”nin “bratvasından” peşəkar rinqə gedən yol adlı bir araşdırma da təqdim edə bilərdim. Hələlik buna zərurət görmürəm. Ancaq mən bir məsələni anlaya bilmirəm. Sadə bir döyüş təklifi Farizi niyə belə qəzəbləndirib? Əslində isə tam normaldır. İdmançı -idmançını rinqə dəvət edər də. Farizin göstərdiyi münasibət məndə belə bir təəssürat yaradır ki, onun hazırda ən çəkindiyi idmançı məhz Ağali Alışovdur. Nədənsə, onun adını eşidəndə əsəblərinə hakim ola bilmir. Yoxsa, həqiqəti araşdıran bir jurnalistə belə münasibət sərgiləməzdi.
Bir faktı da deyim ki, Farizi “Qəbələ ” klubu maliyyələşdirir. Mənə edilən “xox”lar yadıma həmin adda futbol klubunun kapitanı Cavid Hüseynovla jurnalist Rasim Əliyev arasında yaşananları saldı. Onda da Rasimin yazdığı Cavidin xoşuna gəlməmişdi və son nəticədə jurnalist döyülərək öldürülmüşdü…
M.QƏRİBLİ

LEAVE A REPLY