Gediş haqları artırılmayacaq – Açıqlama
Nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyat tariflərinin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.
O, jurnalistlərə açıqlamasında ölkə ərazisində nəqliyyat tariflərinin artırılması barədə Tarif Şurasına müraciət olunmadığını deyib: “Ümumiyyətlə, qiymətlərin artırılması məsələsi gündəmdə deyil”.