BP şirkəti Azərbaycanda ixtisar aparacağını anons etdi

0
5

BP şirkəti Azərbaycanda ixtisar aparacağını anons etdi

Böyük Britaniyanın BP (Bristish Petroleum) neft-qaz şirkəti neftin ucuzlaşması fonunda kütləvi ixtisarların anonsunu verib.

Belə ki, neft korporasiyası neft kəşfiyyatı və qazıntısı sektorunda 4 min nəfəri işdən azad etməyi planlaşdırır.

İxtisarların 5%-i şirkətin dünya ölkələrindəki törəmələrində, o cümlədən Azərbaycanda (burada 200 nəfər) aparılacaq. Britaniya şirkəti Anqola və ABŞ-dakı heyətini də azaltmağı düşünür.

Paralel olaraq, Şimal dənizindəki BP North Sea şirkətinin də 3 min işçisindən 600-ü ixtisar edilib.

BP rəhbərliyi xərclərin optimallaşması startegiyası çərçivəsində ilin sonuna qədər neft hasilatı və kəşfiyyatı seqmentdə 20 mindən az işçi saxlayacağını bildirib.

LEAVE A REPLY