Fəxriyyədən “Burakı qısqanır” iddialarına son
Aktrisa Fəxriyyə Evcən sevgilisi Burak Özçivitin tərəf müqabili Neslihan Atagülü qısqanması ilə bağlı iddialara cavab verib.
O, Burakı Neslihana qısqandığı üçün çəkiliş meydançasına tez-tez getməsi ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb:
“Belə şayiələr yayılmışdı. Ancaq qısqanmaq söhbəti ola bilməz. Bu, bizim peşəmizdir”.
F.Evcən çəkiliş meydançasına tez-tez getməsinin səbəbini isə iş qrafiki ağır olduğundan B.Özçiviti çox görə bilməməsi ilə əlaqələndirib.