Azərbaycanın zəfərləri…

0
3

Qüdrət Əzizov

Azərbaycanın zəfərləri…

Ah,Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi- müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: biz. Ərəbistanı göstəriyorlardı”.
Bu sözlər Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkir və əvəzolunmaz şəxsiyyət olan Məmməd Əmin Rəsulzadəyə aiddir.
Bəli, bizim xalq, dövlət bugünə kimi çox əzab-əziyyətli bir tarixdən keçərək bugünə qədər gəlib cıxdı. Bizlərə bu cür demokratik və hardasa bizi çox bəlalardan xilas etdilər. Buna görə bizlər bir çox siyasi xadimlərə və onları dəstəkləyən xalqa borculuyuq. Çünki xalqı arxasında olan bir lider daim zirvələrə yüksəlir və xalqın ümdini doğruldur. Bizlər indiyə qədər çox böyük zəfərlər qazanmışıq və ümid edirəm ki, bundan sonra da bu zəfərlər davam edəcək.
Danışmaq istədiyim hazırda ölkədə keçirilen I Avropa Olimpiya oyunlarıdır ki, artıq idmançılarımız tarix yazırlar. Düzdü bizler buna qadirik, necə ki, vaxtilə- 1992-ci ildə Olimpiya çempionluğunu bizə qazandırdı, bu gün də idmançılarımız bu yolda irəliləyirlər. Həmin idmançı haqqında məlumatları sizinlə paylaşmaq istəyirəm ki, bu haqda dəqiq məlumatınız olsun.
Müstəqil Azərbaycan olimpiadada ilk dəfə 1992-ci ildə iştirak edib. O yarışda müstəqil Azərbaycana ilk qızıl medalı qazandıran idmançı barədə oxucularımıza məlumat verək.
Hələ uşaq yaşlarından idmana maraq göstərən Nazim bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı, bir neçə dəfə də mükafatçılar siyahısında olub. Dünya cüdo arenasında ilk dəfə 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni zamanda həmin ildə Barselonada keçirilən dünya çempionatında 3-cü yer tutaraq mükafatçılar sırasında yer alıb. 1992-ci ildə isə daha da irəliləyərək Fransanın paytaxtı Parisdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb…
Söhbət müstəqil Azərbaycanın tarixində ilk olimpiya qızılımızın sahibindən – 1992-ci ilin cüdo əfsanəsi Nazim Hüseynovdan gedir. 1992-ci ildə Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazdıran məhz bu idmançımız olub. O zaman ölkəyə Elçibəy rəhbərlik edirdi.
Nazim həmin yarışda ardıcıl olaraq 4 rəqibinə ipponla qalib gələrək yarımfinalda son dünya çempionu yapon Tadanori Koshinoya ustalıqla məğlub edib. Final görüşündə isə Hyun Yoona qalib gəlib. Bununla da müstəqil Azərbaycan tarixində birinci dəfə olimpiya çempionu olub.
N.Hüseynov 1993-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında yenidən çempion olub. Həmin il Hamiltonda keçirilən dünya çempionatında Natiq Bağırov və Vazagaşvilli kimi dünyaca məşhur rəqiblərinə qalib gələrək finalda yapon Rjui Sonoda ilə qarşılaşıb. Bu görüşdə Nazim rəqibinə qarşı gözəl fənd işlətsə də, hakimlərin səriştəsizliyi ucbatından həmin fənd hesaba alınmayıb. Nəticədə Nazim final görüşündə məğlub olaraq gümüş medala layiq görülüb. 1994-cü ildə Qdanskda keçirilən Avropa çempionatının finalında dəfələrlə məğlub etdiyi italiyalı Girolamo Giovinazzoniyə hakimlərin xalı (xante) nəticəsində məğlub olub. Bundan sonra isə onun səhhətində baş vermiş problemlər və ardıcıl zədələr yenidən çempion olmağa maneçilik yaradıb. Buna baxmayaraq 1997-ci ildə keçirilən super dünya kubokunda qızıl medal qazana bilib.
Bu əfsanə idmançıyla hər birimiz fəxr etməliyik. Eləcə də I Avropa Olimpiya Oyunlarında bayragımızı qaldıran, himnimizi səsləndirən idmançılarımizlada. Çünki onlar hazırda tarix yazırlar və tarixin səhifələrinə qizil hərflərlə həkk olunurlar. Hələ ki, yarış başlayandan müsbət nəticələr göstərir və reytinq cədvəlində 1-ci yerdə biz gedirik. Ümid edək ki, zəfərlərimiz, uğurlarımız daha çox olsun. Onlara daim azarkeşlik etməliyik və uğurlarını da, kədərlərini də bir yerdə bölməliyik. Ən azından əlimizdən bu gəlir və bunu əsirgəməyək.

LEAVE A REPLY