AXCP-dan kütləvi istefa gözlənilir!

0
3

AXCP-dan kütləvi istefa gözlənilir!
Cabbar Savalanlı da gedir?

“Millətim” qəzetinin 4 iyun buraxılışında AXCP-dən daha bir fəalın uzaqlaşdırılacağı ilə bağlı xəbər yayımlamışdıq. Belə ki, qəzetimizə daxil olan məlumatda partiyanın tanınmış, gənc fəallarından olan Dəyanət Babayevin partiyadan kənarlaşdırılacağı məlumatı verilirdi.
Gənc fəalın partiyadan uzaqlaşdırılmasına səbəb kimi isə, D.Babayev bir necə gün öncə “Facebook” sosial şəbəkəsində olan səhifəsinin sındırılmasında bir qrup cəbhəçidən şübhələndiyini bəyan etməsini göstərirdilər.
“Millətim”-in məlumatı öz təsdiqini tapdı. AXCP-nin 4 iyunda keçirilən Nərimanov təşkilatı Məclisinin toplantısında sədrin gənclər üzrə müavini Dəyanət Babayev və Cavid Musazadənin partiyadan kənarlaşdırılması haqqında qərar qəbul edilib.
Məlumatları dəqiqləşdirmək üçün müraciət etdiyimiz, bu yaxınlarda partiyadan haqsız kənarlaşdırılan sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu xəbərlərin dəqiq olduğunu təsdiqlədi. Ağaşirin bəy bunun hələ son olmadığını vurğuladı: “Bu kənarlaşdırmalar hələ son deyil. Yaxın günlərdə partiyadan kütləvi istefalar da gözlənilir. Dəyanətin çıxarılmasından sonra, növbəti iclasada keçmiş siyasi məhbus Cabbar Savalanlının da çıxarılacağı gözlənilir”.
Ağaşirin bəy bu günlərdə partiya rəhbərliyinə etiraz olaraq aksiya keçirməyə hazırlaşdıqları da qeyd eydi: “AXCP-nın bir qrup gənc fəalı ilə son günlər partiyada baş verən qanunsuzluqlara etiraz olaraq Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırıq. Etiraz aksiyasında partiyadan qanunsuz çıxarılan şəxslərin hüququnu müdafiə etməklə yanaşı, AXCP-nin qeydiyyatının ləğv olunmasını da tələb edəcəyik.”
A.Tanrıverdioğlu bildirdi ki,artıq Ə.Kərimlinin partiyanı öz biznes mənbəyinə çevirməsinə seyirci qalmayacaqlar: “Bundan sonra Ə.Kərimli bizdən qorxsun. Bütün bu haqsızlıqlara səssiz qalmaq fikrimiz yoxdur. Bütün qanuni yollara əl ataraq öz haqqımızı tələb edəcəyik. AXCP ya şərəfli bir partiya kimi mövcud olmalı, ya da bunlardan təmizlənməlidir”

Murad

LEAVE A REPLY