Bunları bilirdinizmi?

0
5

Bunları bilirdinizmi?

Kenqurunun balasının doğulduqdan az sonra anasının kisəsinə girdiyini və oradan çıxanadək, təxminen doqquz ay onun döşünü buraxmadan əmdiyini bilirdinizmi?

Günəş enerjisi ilə işləyən ilk təyyarənin artıq dünya turuna çıxdığını bilirdinizmi?

Coca-cola firmasının məhsullarının tərkibində spirt olduğunu və firmanın indiyədək təkzib etdiyi bu faktı artıq rəsmən qəbul etdiyini bilirdinizmi?

Kibritin 830-cu ildə icad edildiyini bilirdinizmi?

Adidas firmasının alman Adolf Daysler tərəfindən 1954-cü ildə yaradıldığını bilirdinizmi?

Azərbaycanın potensial qaz ehtiyatlarının altı milyard kubmetr olduğunu bilirdinizmi?

Streptomeçinin 1943-cü ildə icad edildiyini və bununla da vərəm xəstəliyinin ilk dəfə ən təsirli preparat vasitəsilə müalicə edilə bildiyini bilirdinizmi?

Veneranın atmosferində hava tempraturunun 467 dərəcəyə qədər isindiyini bilirdinizmi?

Veneranın səthində hava atmosfer təzyiqinin insanı asanlıqla əzib öldürəcək qədər yüksək səviyyədə olduğunu bilirdinizmi?

Bir fərziyyəyə görə ayın 3.9 milyard il öncə yerlə nəhəng bir asteroidin toqquşması nəticəsində yerdən qopmuş parçaların toplanmasından yarandığını və bu fərziyyəyə dəstək verən ən güclü arqumentinsə ayın nüvəsinin olmamasının olduğunu bilirdinizmi?

Altı mindən yuxarı antibiotik dərman preparatının icad edildiyini, günümüzdə bunlardan təxminən yüzündən müalicə məqsədi ilə istifadə edildiyini bilirdinizmi?

Antibiotiklərin icadı ilə insan ömrü ortalamasının 54 ildən 69 ilə çıxdığını bilirdinizmi?

Zəngəzur silsiləsinin ən hündür zirvəsinin 3906 metrlə Qapıcıq olduğunu bilirdinizmi?

Nüvə silahı yarada bilmək üçün uran filizini doxsan faiz zənginləşdirməyin vacib olduğunu bilirdinizmi?

Misirdə yeni paytaxtın inşa olunmağa başlandığını, tezliklə paytaxtın Qahirədən köçürüləcəyini bilirdinizmi?

Hələ qədim Romada əsgərlərin corab, şəpit kimi geyimlərdən istifadə etdiklərini bilirdinizmi?

Protezin tarixinin 2500 il öncəyə getdiyini bilirdinizmi?

Hazırladı: Leyla

LEAVE A REPLY