Adil Qəribov yuxarıları necə aldadır və ya 100 minlik maşın hansı pula alınıb?

0
5

Adil Qəribov yuxarıları necə aldadır və ya 100 minlik maşın hansı pula alınıb?

“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində prezident sərəncamına əməl olunmur

Məlum olduğu kimi, Prezident Ilham Əliyevin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamına əsasən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Sərəncamda deyilir: “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə vüsət alması Azərbaycan Respublikasında bu istiqamətdə tədqiqatların genişləndirilməsini və nüvə energetikasının yaradılmasını tələb edir. Ölkədə nüvə texnologiyalarının tədqiqi ilə bağlı indiyədək müəyyən işlər görülmüş, nüvə texnologiyaları ilə məşğul olan alimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirak etmiş, müvafiq təcrübə toplamışlar. Bununla yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter daşımışdır. Mövcud maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun olmaması Azərbaycanda nüvə xammal ehtiyatları potensialının qiymətləndirilməsinə dair tədqiqlərin müasir tələblərə uyğunlaşdırılmasına imkan vermir. Nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsi respublikanın gələcək dayanıqlı inkişafının təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir”.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Adil Qəribov Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.

A.Qəribov yerli mətbuata açıqlamasında bildirib ki, bundan sonra əsas iş yeri Milli Nüvə Tədqiqatları Mərkəzində sədr vəzifəsini icrası olacaq və ictimai əsaslarla AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru kimi də fəaliyyətini davam etdirəcək. Yeni yaradılan və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən strateji sahənin əsas kadr potensialı Adil Qəribovun indiyə kimi rəhbərlik etdiyi Radiasiya Problemləri İnstitutunun elmi işçilərindən formalaşdırılıb.

Əldə etdiyimiz dəqiq məlumata görə, Mərkəz fəaliyyətə başlamamış ciddi maliyyə problemilə üzləşməli olub. Belə ki, Milli Nüvə Tədqiqatları Mərkəzinin işçilərinə cəmi iki aylıq əmək haqqı gecikmə ilə ödənilib. Nədənsə, yuxarı instansiyalar yeni yaradılan və bütün əsasnaməsi və məsrəfləri qanunvericiliklə təsdiq edilmiş Mərkəzə vəsait ayırmaq istəmirlər. Bunun səbəbi bilnməsə də, Adil Qəribovun özü də, bu barədə aidiyyəti dövlət qurumlarını məlumatlandırmaqda marqalı görünmür. Onun vəziyyətdən qəribə çıxış yolu tapdığı deyilir. Vəsaitın çatmadığını əsas gətirən Adil Qəribovun yeni yaradılan Mərkəzə işə götürdüyi elmi işçiləri işdən azad edərək, onları təzədən Radiasiya Problemləri İnstitutuna keçirir. Hər halda, olduqca strateji bir qurumda analoji vəziyyətin yaranması və real durumun maksimum gizli saxlanması maraqlı görünür. Yəqin ki, əlaqədar qurumlar Mərkəzə ayrılan vəsaitin hansı lazımsız istiqamətə xərcləndiyinə aydınlıq gətiməkdə maraqlı olacaqlar.
Ancaq cərəyan edənlərin fonunda Mərkəzin maliyyə sıxıntısı keçirməsi şübhəli görünür. Çünki, mərkəzdə maliyyə sıxıntısı olsaydı, o zaman Adil Qəribov dəyəri 100 minə yaxın olan “E -class mercedes” markalı xidməti avtomobil, bəzi əməkdaşlar isə “Toyota Corolla” ilə təmin olunmazdılar: Demək ki, burada başqa müəmmalar var.

Araşdırmamız zamanı o da aydın olub ki, Mərkəzdən instituta transfer olunan işçilər yaxşı mütəxəssislər olsa da, “arxasız”lardı. Dəqiq araşdırılma aparısa məlum olar ki, Adil Qəribovun yeni Mərkəzə yeni təyin etdiyi işçilərin çoxu mütəxəsis yox, onun yaxın çevrəsinə aid olan adamlardı…

Nicat Sadiq
Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

LEAVE A REPLY