Azərbaycanlı alimdən dünya tibb elminə yeni ideya…

0
5

Aydın Əliyev
Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru.

Azərbaycanlı alimdən dünya tibb elminə yeni ideya…

Xəstə və sağlam orqanın enerjisini müəyyən etməklə, ölçməklə, riyazi hesablamaqla sağlamlığa yeni baxış.

Elm və insanlıqda tamlığa doğru.Tamlıq isə sadəlikdən, yəni hüceyrələrdən ionlardan başlayır. Sadə üsul təklif edirik. Ən əvvəl eksprementdə heyvanlar üzərində sağlam orqanın enerjisi ölçülür, sonra isə həmin orqanda müvafiq xəstəlik modeli yaradılır və yenə həmin xəstə orqanın enerjisi-hərəkəti ölçülür. Hərarəti ölçmək üçün yəqin ki, müvafiq strukturlar lazım olan cihazı düzəldə bilərlər.
Mükəmməl cihaz olsa bir başa xəstələr üzərində də ayrı-ayrı xəstəliklər zamanı enerjinin dəyişməsini müəyyən etməklə tibbə çoxsahəli müsbət yeniliklər gətirmək olar.
Bu təklifin kökündə ionların yerdəyişməsi ilə əlaqədar, həyatda mövcud olan oyanma və ləngimə reaksiyaları zamanı enerjinin artması və ləngiməsi durur. Məsələn, xəstənin diaqnozu qaraciyərin hepatit xəstəliyidir. Bu zaman müvafiq analizlərlə yanaşı, orqanın hərarətinin də dəyişməsinin cavabını bilsək, çox ekonomik və daha çox müsbət dəyişiklik törədən dərman və qida müalicəsini apara bilərik. Həmçinin insanların çəkilərini də düzgün nizamlamaq olar.
O cümlədən, kompleks şəkildə dərman sənayesində, dərmanların törədə bildiyi enerjininin öyrənilməsində də fundamental istiqamətləri və daha ekonomik, pozitiv irəliləyişləri əldə etmək olar.
Hələ orta məktəbdə Mendeleyev cədvəli üzrə oyandırıcı və ləngidici reaksiyalara səbəb olan ionları müəyyənləşdirməklə şagirdlərə həyatın, yaşayışın, sağlam ruh və düşüncənin, xəstələnmənin və məhv olmanın fundamental köklərini açmaq olar.
Bu barədə ilk dəfə təqribən 10 il əvvəl Tibb Universitetinin “Təbib” qəzetində qısa məlumat, sonralar isə 2014–cü il mayın 12-də “Gündəlik Teleqraf”, “Millət” saytıtlarında, “Millətim” qəzetində və s. mətbuatda bu haqda geniş yazılı izahlar verildi ki, ionların-enerjinin dəyişkənliyini əsas götürməklə tədrisin də fundamental istiqamətlərini müəyyənləşdirmək olar.
Elm və tədrislə bağlı olan yazıları çox oxumayan insanlarımız təkcə, “Günəlik Teleqraf” saytındakı məqaləni 700-dən çox oxucu oxumuşdur.
İki il əvvəl Azərbaycan Tibb Universitetinin qonağı olmuş Nobel mükafatı laureatı, kimyaçı alim Ada xanıma da müvafiq sualla müraciət etmişdim ki, yeni dərman maddələrinin öyrənilməsində əsas istiqamət kimi hüceyrədə enerji və tənəffüs mənbəyi olan mitoxondrilərə daha çox üstünlük verilsə, dərmanların məsələn, çox törətdikləri allergik reaksiyalar da az olardı.

Dünyada hər hadisəni enerji törədir, enerji üstündə baş verən prosesləri görürük, yaşayırıq. Onda nəyə görə xəstəliklər zamanı orqan səviyyəsində enerjinin dəyişməsini müəyyən etməyək?! Yoxsa, dünya texnologiyasının bu qədər inkişafı qarşısında orqanizmdə enerjinin dəyişməsini ancaq qoltuq altına qoyulan sadə cihaz bəs edər? Texnologiyanı insanları qırmağa deyil, insanların sağlamlıqlarını və xəstəliklərini öyrənməyə yönəltmək lazımdır.
Azərbaycanımızda da müvafiq fikir və ideyaları həyata keçirmək olar. Sadəcə Azərbaycanı bir Müstəqil Dövlət kimi istəmək və Azərbaycan adının hər birimiz tərəfindən dünyada yüksəkdə durmağına çalışmalıyıq. Dünyanın son 10 ildə enerji mərkəzi kimi qəbul edilmiş Azərbaycanı, həm də fundamental elmi mərkəzindən birinə çevrilməsini sürətləndirmək olar.
Çox təəssüf ki, dünyanı idarə edən güclər ancaq məhvedici silahların yeni növlərinin yaradılmasında maraqlıdırlar. Bu isə artıq patoloji düşüncədir.

Redaksiyadan: Bu yaxınlarda 60 yaşı tamam olmuş dəyərli alimimiz Aydın Əliyev SSRİ Tibb Elmləri Akademiyasının Farmakologiya Elmi Tədqiqat İnstitutunun alimləri ilə birgə yenu dərman maddəsinin-Meksidolu ilk tədqiq edənlərdəndir. Bu tədqiqatın nəticəsi olaraq A.Əliyev 1987-ci ildə Bakıda tibb elmləri namizədi adına layiq görüldü. 1996-cı ildən Rusiya hökuməti Meksidolun dərman maddəsi kimi tibbə tətbiqinə icazə verdi. Putin hökuməti 2003-cü ildə öz alimlərini-Meksidol dərman maddəsinin ilk tədqiqatçılarını ali dövlət mükafatı ilə təltif etdi.

Aydın müəllimin elmi-tədqiqit işinə 25-dən artıq xarici ölkə, o cümlədən erməni alimləri də istinadlar ediblər. Bu hal faktiki erməni alimləri tərəfindən elmlə əlaqədar Azərbaycan Bayrağının qaldırılması kimi qəbul olunmalıdır.

Artıq ölkəmizdə də Meksidol preparatı ilə əlaqədar elmlər doktoru və fəlsəfə doktorları adına layiq görülən alimlərimiz yetişib.

Kimyəvi birləşmədən-3-Oksipiridin törəməsindən başlayaraq SOP-1, Oksipin şifrəli adları ilə tədqiq olunmuş bu gün isə praktik tibbə antioksidant yolu açmış, dünyada bu sahə üzrə ilk dərman maddələrindən olan Meksidolu dünyada məşhur olan rusiyalı alimlərlə birgə tədqiq etmiş Aydın müəllim yenə də, yeni-yeni elmi ideyalarla çıxışlar edir. Onun ion-enerji, oyanma-ləngimə reaksiyalarına əsaslanmış tədrisin fundamental istiqamətlərinin müəyyənləşdirilməsi fikri faktiki dünya elmində ilk səslənmiş ideya oldu. İndi isə həmin ideyaya əsaslanaraq hüceyrə enerjisini tədqiq etmək və dəyişməklə xəstəliklərin müalicəsində tam yeni bir istiqamətin öyrənilməsini təkif etmişdir.

Fürsətdən istifadə edərək, ömrünü və enerjisini Azəbycan elminin və tədrisinin inkişafına, eləcə də, dünyada tanıdılmasına çalışan, elmi nailiyyətlərinin səsi-sorağı dünyanın müxtəlif elmi dairələrindən gələn görkəmli alimimiz Aydın Əliyevin Azərbaycanda da layiq olduğu qiymətinin verilməsini istərdik. Aydın məüllim elm adamı olmaqla yanaşı, həm də ölkəmizin təkrar istiqlalına qovuşması uğrunda çəkinmədən mübarizə aparan ilk fədakar ziyalılarımızdandır. Ümid edirik ki, elmə, təhsilə böyük önəm verən cənab prezident İlham Əliyev Aydın müəllimin bu əvəzsiz xidmətlərini diqqətdən kənar qoymayacq.

LEAVE A REPLY